Diqqət! Xahiş olunur, bu veb-saytdan (bundan sonra “Veb-sayt”) istifadə etməzdən öncə “Saytdan İstifadə Qaydaları” (bundan sonra ismin müvafiq halında “Qaydalar”) ilə ətraflı tanış olun. Əgər şərtlərlə razı deyilsinizsə, Veb-saytı tərk edə bilərsiniz. Əks halda Veb-saytdakı ziyarətiniz və edəcəyiniz hər bir hərəkət Qaydalardakı şərtlərlə bütünlüklə razı olduğunuz anlamına gələcək.
Bu Veb-sayt, ümumilikdə, müəllif hüquqları və əmtəə nişanları ilə qorunur.
Hörmətlə,
“Möhürcü” MMC.
Hörmətli istifadəçi (bundan sonra bəzən ismin müvafiq halında “Siz”)!
Nəzərinizə çatdırırıq ki, www.mohurcu.az saytı “Möhürcü” MMC-nin rəsmi veb-saytıdır. Əlavə olaraq onu da bildiririk ki, “Möhürcü” bir əmtəə nişanıdır və bu əmtəə nişanı “Möhürcü” MMC-yə məxsusdur. Bu sənədin mətnində bundan sonra ismin müvafiq hallarında “Biz” deyildikdə, “Möhürcü” MMC nəzərdə tutulacaqdır.
Biz, bu Qaydalara, həmçinin veb-saytdakı bütün digər məlumat və materiallara istənilən vaxt birtərəfli şəkildə əlavə və dəyişikliklər edə və etdiyimiz belə əlavə və dəyişiklikləri bu Veb-saytda yerləşdirə bilərik. Qaydalara edilmiş əlavə və dəyşikliklərə dair bildirişlərin bu Veb-saytda yerləşdirilməməsi belə əlavə və dəyişikliklərin hüquqi qüvvəsinə hər hansı formada təsir göstərmir və gələcəkdə onun etibarsızlığına əsas verən səbəb ola bilməz.
Veb-saytda əks olunan məlumatlar Sizin istifadəniz üçündür. Biz Veb-saytda etibarlı və müasir informasiya yerləşdirməyə cəhd göstəririk, lakin bu Veb-saytda yerləşdirilən və ya təklif olunan məlumat və materialların düzgünlüyü, vaxtında yerləşdirilməsi, bütövlüyü və (və ya) uyğunluğu barədə zəmanət və ya təminat vermirik. Siz bu məlumat və materiallarda xətalar və (və ya) səhvlər ola biləcəyini və bizim hər hansı belə xəta və (və ya) səhvlərə görə qanunvericilik çərçivəsində müəyyənləşdirilmiş həddə məsuliyyətdən azad olduğumuzu qəbul edirsiniz.
Bu Veb-saytda olan hər hansı məlumatların və ya materialların istifadəsi ilə bağlı bütün risklər Sizin öz üzərinizdədir və buna görə Biz heç bir məsuliyyət daşımırıq. Bu Veb-saytda yerləşdirilən hər hansı məlumatın xüsusi tələblərinizə cavab verəcəyindən əmin olmaq sizin məsuliyyətinizdir.
Bu Veb-saytda yerləşdirilən bütün məlumatlar, sənədlər, o cümlədən bu Veb-saytın dizaynı, tərtibatı, görünüşü və grafikləri, həmçinin bütün digər materiallar üzərində hüquqlar müstəsna olaraq Bizə məxsusdur. Belə məlumatlar, sənədlər, materiallar Bizim bilavasitə və aşkar yazılı razılığımız olmadan hər hansı formada yüklənə, sürəti çıxarıla, yayıla, yenidən dərc edilə, çoxaldıla, nümayiş etdirilə, elan oluna və ya ötürülə bilməz.
Bu Veb-saytda dərc olunan və yerləşdirilən bəzi məlumat və materiallar qarşılıqlı razılıq əsasında digər mənbələrdən əldə oluna bilər. Belə məlumatların yerləşdirilməsi zamanı həmin məlumatlara dair hüquqları özündə saxlayan subyekt(lər)in razılığının alındığı güman olunur.
İctimaiyyət üçün açıq olan məlumatların, habelə dövlət və bələdiyyə orqanları tərəfindən elan olunan məlumatların bu Veb-saytda istifadə və əks olunmasına heç bir razılıq tələb olunmur və belə məlumatların yerləşdirilməsi zamanı həmin məlumatlara dair hüquqları özündə saxlayan subyekt(lər)in razılığının alındığı güman olunur.
Bizim Veb-saytdan daha geniş istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyiniz tələb olunur. Qeydiyyatdan keçərkən barənizdə tələb olunan müəyyən şəxsi məlumatları müvafiq xanalara daxil etməyiniz mütləqdir. Belə məlumatları daxil edərkən qrammatik tələblərə riayət etməyiniz xahiş olunur. Daxil etdiyiniz məlumatlardakı yanlışlıqlara və ya belə məlumardan istifadə etməklə qeydiyyatdan keçərək aktivləşdirdiyiniz hesabla etdiyiniz hərəkət və ya hərəkətsizliklərə görə Biz heç bir məsuliyyət daşımırıq.
Veb-saytdan istifadə zamanı hər hansı məhsulu almaq barədə qərar verdikdə, Siz müəyyən əməliyyatları etməklə ödəmə səhifələrinə yönləndirilirsiniz. Xüsusilə nəzərə almağınızı xahiş edirik ki, həmin ödəmə səhifələri “Möhürcü” MMC ilə tərəfdaşlıq edən müxtəlif maliyyə qurumlarına və banklara məxsus ola bilər. Daxil etdiyiniz bank (kart) məlumatlarının təhlükəsizliyinə görə Biz heç bir məsuliyyət daşımırıq. Həmin məlumatlarınız (bank məlumatlarınız) bizim serverlərdə saxlanılmır. Lakin Siz müəyyən xidmətlərimizin operativliyini təmin etmək məqsədilə yalnız öz iradəniz daxilində və öz arzunuza görə, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin (“bank sirri”) tələblərini gözləmək şərtilə, bank hesabınıza dair məlumatları bizə təqdim edə bilərsiniz. Biz həmin məlumatları qorumağa və yaymamağa görə cavabdehlik daşıyırıq.
Sizin bu Veb-sayta yerləşdirdiyiniz və göndərdiyiniz məlumatlar, habelə Veb-saytda etdiyiniz əməliyyatlarınıza, hərəkət tarixçənizə dair bütün məlumatlar Bizim üçün mütləq konfidensial xarakter daşıyır və onların konfidensiallığının qorunmasına zəmanət verilir. Belə məlumatların konfidensiallığının təmin edilməsinə dair ətraflı məlumatla saytımızın “Konfidensiallıq Siyasəti” bölməsində tanış ola bilərsiniz.
Bu veb-saytda üçüncü şəxslərin sahibliyində olan, üçüncü şəxslər tərəfindən idarə olunan saytlara, habelə xarici internet saytlarına yönləndirmələri təmin edən keçidlər (linklər) ola bilər. Belə keçidləri əlavə etməkdə yeganə məqsədimiz, Sizi mümkün qədər ətraflı məlumatlandırmaq, həmçinin saytdan istifadənizin daha da asan, səmərəli, qənaətcil və produktiv şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Keçidlərə klikləməklə daxil olduğunuz saytda qarşınıza çıxacaq məlumatlara və materiallara Biz nəzarət etmirik və onlara görə heç bir məsuliyyət daşımırıq. Müvafiq saytlara dair keçidlərin yerləşdirilməsi, hələ Bizim həmin saytlarla əməkdaşlıq etməyimiz, onlarla aramızda bu və ya digər əlaqənin olması anlamına gəlməməli, tərəfimizdən həmin saytlardakı malların, işlərin, xidmətlərin, elan və çağırışların və bütün digər materialların təşviqi, yaxud reklamı kimi başa düşülməməlidir. Sözügedən keçidlər vasitəsi ilə müvafiq saytlara daxil olmaq imkanının mövcud olması, hələ Bizim həmin sayt barəsində müəlliflik, əqli mülkiyyət və digər əlaqəli hüquqlara müdaxilə etməyimiz, onları məhdudlaşdırmağımız və ya mənimsəməyimiz kimi təfsir edilə bilməz. Belə yerli və ya xarici saytlar vasitəsi ilə Sizin şəxsi məlumatlarınızın yayılmasına görə Biz heç bir məsuliyyət daşımırıq.
Siz, bu Veb-saytın və ya burada keçidi verilmiş hər hansı başqa saytın istifadəsi ilə əlaqədar yaranan və ya yaranması iddia olunan zərər və ya ziyana görə bizim birbaşa və ya dolayısı ilə məsuliyyət və ya cavabdehlik daşımayacağımızı qəbul edir, bununla razılaşırsınız. Biz, bu Veb-saytdan və ya bu Veb-saytda verilmiş keçidə daxil olmaqla digər veb-saytdan istifadə etməyiniz nəticəsində (habelə hər hansı materialı yükləməyiniz nəticəsində) sizin kompüter avadanlıqlarınıza, mobil cihazlarınıza və bu qəbildən olan bütün digər avadanlıqlarınıza sızmış viruslar və ya texnoloji cəhətdən digər zərərli materiallar tərəfindən dəyən hər hansı zərər və ya ziyana görə məsuliyyət daşımırıq.
Bu Veb-sayt vasitəsilə Sizə iştirakçıların hüquq bərabərliyi, iştirakçıların iradə sərbəstliyi, iştirakçıların əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı, sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi, azad və ədalətli rəqabət, malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti, hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi prinsiplərini rəhbər tutmaqla, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq elektron ticarət etmək imkanı təklif olunur. Bu Veb-sayt vasitəsi ilə Siz elektron ticarət etməklə mülki dövriyyəsi qadağan edilməyən və “möhürcü.az” veb saytında satışı həyata keçirilən malları əldə edə bilərsiniz.
Veb-saytımızın inkişafının və əlçatanlığının təmin edilməsində öz töhvənizi vermək kimi bir niyyətiniz olarsa, o zaman Siz könüllü olaraq bu Qaydalarda göstərilən elektron poçt vasitəsi ilə Bizə müxtəlif mətnlər, şəkillər, səslər, proqramlar və ya başqa məlumatlar (materiallar) göndərə bilərsiniz. Bu tip elektron maili göndərməklə Siz təqdim etdiyiniz müvafiq mətnlər, məlumatlar və materiallardan tam həcmdə və öz iradəmiz daxilində istifadə etmək hüququnu Bizə ötürmüş olursunuz. Həmçinin Siz təminat verirsiniz ki, bu mətnlər, məlumatlar və materiallar qanunidir, qanuni yolla əldə edilmişdir və digər şəxslərə ziyan vura bilməz.
Belə mətnlərə, məlumatlara və materiallara dair Biz konfidensiallıq öhdəliyi daşımırıq. İntellektual mülkiyyət hüququnu pozan, böhtan, hədə, yoxlanılmamış, yanlışlığa, cəmiyyətə və dövlətə qarşı açıq çağırışlara sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, pornoqrafik xarakter daşıyan, şəxslərin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl yetirən məlumat və materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa məlumat və materialların yerləşdirilməsi və ya verilməsi məqsədilə bu Veb-saytdan istifadə etmək qəti qadağandır. Bu kimi neqativ hallar baş verərsə, tərəfimizdən dərhal müvafiq hüquq-mühafizə orqanlarına məlumat veriləcəkdir.
Bu Veb-saytdan istifadə ilə əlaqədar yaranan münasibətlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.
Bizimlə aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz:
E-mail: [email protected];
Telefon: +994 50 240 25 60;
Ünvan: Müzəffər Nərimanov küç. 4B, Bakı, Azərbaycan